Aİ ölkələri bu gün qaz istehlakını 15 % azaltmağı razılaşdıracaqlar

Aİ ölkələri bu gün qaz istehlakını 15 % azaltmağı razılaşdıracaqlar Avropa İttifaqı (Aİ) ölkələrinin nümayəndələri qaz istehlakını 15 faiz azaltmaq üçün fövqəladə planla bağlı razılığa gəliblər.
Energetika
26 İyul , 2022 08:25
Aİ ölkələri bu gün qaz istehlakını 15 % azaltmağı razılaşdıracaqlar

Avropa İttifaqı (Aİ) ölkələrinin nümayəndələri qaz istehlakını 15 faiz azaltmaq üçün fövqəladə planla bağlı razılığa gəliblər.

"Report" xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Məlumata görə, yeni plan bu gün Brüsseldə Birliyin energetika nazirlərinin xüsusi iclasında təsdiqlənəcək.

Diplomatlar DPA-ya təsdiqləyiblər ki, Avropa Komissiyasının (AK) təklif etdiyi plana əsasən, ölkələr 1 avqust 2022-ci il və 31 mart 2023-cü il tarixləri arasında qaz istehlakını könüllü olaraq 15 % azaltmalıdır.

Son xəbərlər

Orphus sistemi