Bakı. 7 sentyabr. REPORT.AZ/ “Azərişıq” ASC Qərb regionunda aparılan yenidənqurma işlərini davam etdirir. İstismar müddətini başa vurmuş elektrik şəbəkələri yenidən qurulur, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, kənd təsərrüfatı, sənaye, turizm və digər iaşə obyektlərinin, o cümlədən əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün əsaslı təmir-tikinti işlər həyata keçirilir.
Bunu "Report"a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, “Qərb” RETSİ-nə daxil olan Ağstafa EŞ-də cari ildə elektrik enerjisinin ötürülməsində keyfiyyət dəyişkliyinə nail olunub. İstehlakçıların dayanıqlı elektrik enerjisi ilə təminatı üçün 35/6 kV-luq Poylu kəndində “Nasos yarımstansiyası” tamamilə yenidən qurularaq son texnologiyalı avadanlıqlarla təchiz edilib. Ötən üç il ərzində Ağstafa elektrik şəbəkəsinin xidməti ərazisində 36 ədəd 10,6/0,4 kV – luq müxtəlif gücdə KTM –lər istifadəyə verilib. 110/35/10 kV-luq “Ağstafa yarımstansiyası” yenidən qurulur. Sərhəd yanı Tatlı kəndində elektrik enerjisinin paylanmasında keyfiyyətin artırılması üçün 10 və 0,4 kV-luq şəbəkələr tamamilə yenidən qurulur. Kənddə 7 ədəd müxtəlif güclü müasir tipli KTM-lər quraşdırılıb. 50 ədəd yeni 10 kV dayaqlar basdırılıb, 440 ədəd 0,4 kV SİP dayaq quraşdırılıb. 7 km uzunluğunda ÖİN(SİP) çəkilib. Hal hazırda kənddə tamamlama işləri aparılır. Bu ilin 8 ayı ərzində Ağstafa rayonunda 863 abonentə sayğac quraşdırılıb. Onlardan 629 ədədi əhali, 234 ədədi isə qeyri-əhali abonentidir.
Hazırda Ağstafa rayonunda 0,4 kV-luq elektrik şəbəkələrinin ÖİN kabellərlə əvəzlənməsi işləri davam etdirilir, yeni avadanlıq (dayaqlar,SİP kabellər,KTM-lər və s.) qurlaşdırılır, sayğaclar dəyişdirilir.