“Abşeron” yatağının işlənilməsi Azərbaycanın hasilat potensialını artıracaq

“Abşeron” yatağının işlənilməsi Azərbaycanın hasilat potensialını artıracaq Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağından ilk qaz cari ilin iyul ayının əvvəlində hasil edilib
Energetika
31 Avqust , 2023 17:15
“Abşeron” yatağının işlənilməsi Azərbaycanın hasilat potensialını artıracaq

“Abşeron” qaz-kondensat yatağının işlənilməsi Azərbaycanın hasilat potensialını artıracaq.

“Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi məlumata görə, bu barədə bu gün SOCAR-ın prezidenti Rövşən Nəcəfin Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) aşağı karbon həlləri və beynəlxalq inkişaf üzrə icraçı direktoru Musabbeh Al Kaabi ilə keçirilən görüşdə bildirilib.

Görüşdə ölkələr arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib, ölkəmizdə enerji sektorunda həyata keçirilən layihələrdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şirkətlərinin iştirakının əhəmiyyəti vurğulanıb.

Bu xüsusda cari ilin avqustunda SOCAR, Fransanın “TotalEnergies” və BƏƏ-nin ADNOC şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağında 30 %-lik iştirak payının satışına dair imzalanan sazişin Azərbaycan və BƏƏ arasında strateji əlaqələrin daha da gücləndirilməsinə dəyərli töhfə verəcəyi qeyd edilib.

Görüşdə, həmçinin “Abşeron” layihəsinin cari vəziyyəti, onun növbəti fazası üzrə irəliləyişlər, aşağı karbon həlləri və bərpa olunan enerji layihələri barədə məsələlər müzakirə olunub. Bu xüsusda ADNOC-un Azərbaycanda ümumi gücü 10 GVt olan bərpa olunan enerji layihəsini icra edən və BƏƏ-nin təmiz enerji sahəsində ən böyük şirkəti olan “Masdar”a investisiyası ilə qlobal miqyasda bərpa olunan enerjinin inkişafına təkan verdiyi qeyd edilib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağından ilk qaz cari ilin iyul ayının əvvəlində hasil edilib.

Son xəbərlər

Orphus sistemi