ABŞ-da təbii qaz tədarükü azalıb

ABŞ-da təbii qaz tədarükü azalıb ABŞ-da sərt şaxtalar ölkə daxilində təbii qaz tədarükünün istehlak normasından 10 %-ə qədər azalmasına səbəb olub.
Energetika
27 Dekabr , 2022 05:48
ABŞ-da təbii qaz tədarükü azalıb

ABŞ-da sərt şaxtalar ölkə daxilində təbii qaz tədarükünün istehlak normasından 10 %-ə qədər azalmasına səbəb olub.

“Report” xəbər verir ki, bunu “BloombergNEF”in araşdırmaları göstərir.

Bildirilib ki, havanın kəskin soyuq keçməsi ilə əlaqədar həm yataqlarda hasilat, həm də təbii qazın boru kəmərlərinə vurulması məhdudlaşıb.

Qeyd edilib ki, ABŞ-ın təbii qaz hasilatı dekabrın 24-də daha da aşağı olub. O vaxt bu rəqəm 84,2 milyard kubfut (2,38 milyard kubmetr) idi. Odur ki, “mavi yanacağ”ın təchizatı ilə məşğul olan şirkətlər əhaliyə enerjiyə qənaət etməklə bağlı müraciət edib. Bu, təbii qaz təchizatını davam etdirməyə imkan verəcək.

Xatırladaq ki, daha əvvəl “Bloomberg” agentliyi xəbər vermişdi ki, ABŞ-da qar fırtınası təbii qaz hasilatının rekord dərəcədə azalmasına səbəb olub. Nəticədə təkcə dekabrın 23-də təbii qaz hasilatı düz 2,8 milyon kubmetr azalıb. Bu da hasilatda təxminən son 10 ildə ən böyük azalmadır.

Son xəbərlər

Orphus sistemi