Yuxarı

Tələbələrarası intellekt olimpiadasının finalçıları məlum olub

Tələbələrarası intellekt olimpiadasının finalçıları məlum olub

"Tələbələrarası intellekt olimpiadasının" layihəsinin final mərhələsinə yüksələn tələbələrin adları məlum olub.

"Report"un məlumatına görə, müsabiqə LEAD Education Təhsil və İnnovasiya Mərkəzi, YAP Gənclər Birliyinin, Azərbaycan Tələbələr Gənclər Təşkilatı İttifaqının təşkilati dəstəyi və “Bank of Baku”nun baş sponsorluğu ilə keçirilir. 

Ümummilli lider Heydər Əliyevin 96-cı il dönümünə və Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyinə həsr olunmuş olimpiadanın final mərhələsinə 450 nəfər vəsiqə qazanıb.

Layihənin reqlamentinə əsasən, ilk turda bütün universitet tələbələri öz ali təhsil müəssisələrində biliklərini yoxlayıblar. 23 universitetdən 10 254 nəfərdən fərdi şəkildə yarışaraq 100 dəqiqə ərzində IQ, məntiq və dünyagörüşünə aid 50 sualı cavablandırıblar. Final mərhələsi fərqli reqlamentdə keçiriləcək. Fərdi yarışda onlar Azərbaycan tarixi, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Xalq Cümhüriyyətinin tarixi, dünyagörüşə əsaslan açıq tipli sualları cavablandıracaqlar. Yekun mərhələ iyunun 1-də keçiriləcək. Layihənin mükaftalandırma mərasimi iyunun 15-də keçiriləcək.

Qeyd edək ki, final turunda iştirak edən hər kəs LEAD Education tərəfindən magistratura, MİQ imtahanlarına hazırlıq və xarici dil kurslarının istənilən birindən 20-100% endirim qazanacaq. Final mərhələsində iştirak edən 100-dək tələbə layihənin sponsorları və tərəfdaşlarının təqdim etdiyi aşağıdakı hədiyyələrlə mükafatlandırılacaq:

  • - “Baku Elektroniks”dən Notebook, planşet, fotoaparat
  • -“İrşad Telekom”dan HONOR smartfonu və 20 ədəd HONOR band smart saatı
  • -“İSMA Bike”dan 2 ədəd İSMA Bike velosipedi
  • -“Bizon”-dan iştirak edən hər kəsə enerji içkiləri
  • -“Boranı” restoranlar şəbəkəsindən 10 ədəd 2 nəfərlik şam yeməyi
  • -“Nizami Kino Mərkəzi”ndən ən baxımlı filmlərə 20 ədəd bilet
  • -AAAF SPA mərkəzindən endirim kuponları
  • -Tanınmış brendərdən endirim kuponları
  • -və digər tərəfdaşlarımızdan çoxlu hədiyyələr...

Tələbələrarası İntellket Olimpiadasının cavabları http://www.leadeducation.az/olimpiada linkinə daxil olmaqla öyrənə bilərsiniz.

Əlavə məlumat üçün 012 595 05 35, 055 576 05 35 və 070 576 05 35 nömrələrinə zəng edə bilərsiniz.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi