Yuxarı

Təhsil Nazirliyi "Formula 1" ilə bağlı məktəblərə təlimat göndərib

​Təhsil Nazirliyi "Formula 1"lə bağlı məktəblərə təlimat göndərib

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə aprelin 26-28-də Bakı şəhərində keçiriləcək "Formula 1" SOCAR Azərbaycan Qran-prisi ilə bağlı təlimat məktubu göndərilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, məktubda sözügedən yarışla əlaqədar şəhərin bəzi küçə və prospektlərinin bağlı olduğu nəzərə alınaraq, şagirdlərin dərslərdə iştirakının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi, həmçinin alternativ yolların müəyyən edilərək valideynlərə məlumat verilməsi qeyd olunur. 

Qeyd edək ki, “Formula-1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar keçirilən yarışların hərəkət sxeminə aid küçədə üç təhsil müəssisəsi yerləşir. Həmin məktəblər T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi 23 nömrəli tam orta məktəbdir.

Xatırladaq ki, T.İsmayılov adına 6 nömrəli məktəb-liseydən şagirdlərə aprelin 30-na qədər istirahət verildiyi bildirilmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi