Yuxarı
    Bağlamaq

    Təhsil naziri: "Azərbaycanda 6 minə yaxın xarici tələbə təhsil alır"

    Dinlə
    Azərbaycan qlobal təhsilə töhfə verməyə davam edəcək
    © Report/ Firi Salim — Təhsil naziri Ceyhun Bayramov

    Bakı. 26 oktyabr. REPORT.AZ/ "Azərbaycan qlobal təhsilə töhfə verməyə davam edəcək".

    "Report" xəbər verir ki, bunu Azərbaycanın təhsil naziri Ceyhun Bayramov VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ADA Universitetində keçirilən "Gələcəyə investisiya: davamlı və inkluziv inkişaf" mövzusunda keçirilən "dəyirmi masa"da deyib.

    O, təhsilin hər bir ölkənin inkişafında əhəmiyyətli olduğunu vurğulayıb.

    "Azərbaycan həm öz, həm də xarici tələbələr üçün təhsilə fəal şəkildə sərmayə ayırır. Hazırda Azərbaycanda 6 minə yaxın xarici tələbə təhsil alır. Bundan əlavə, Azərbaycan Prezidentinin fərmanı ilə qarşıdakı 5 il üçün İslam Əməkdaşlığı Təşkilatına və Qoşulmama Hərəkatına üzv ölkələrdən olan tələbələrə 200 təqaüd ayrılıb", - nazir bildirib.

    C.Bayramov həmçinin təhsilin yüksək səviyyədə olmasından ölkənin bütün fəaliyyət sahələrinin xeyir gördüyünü vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi