Yuxarı
    Bağlamaq

    Səkkiz dil bilən azərbaycanlı akademik vəfat edib

    Eyyub Bəşirov 91 yaşında dünyasını dəyişib
    Azərbaycan Heyvandarlıq Assosiasiyasının prezidenti, Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, bioloq-alim, akademik Eyyub Bəşirov

    Bakı. 8 noyabr. REPORT.AZ/ Səkkiz dildə yazıb, oxuyub və danışan azərbaycanlı akademik vəfat edib.

    “Report”un məlumatına görə, Azərbaycan Heyvandarlıq Assosiasiyasının prezidenti, Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, bioloq-alim, akademik Eyyub Bəşirov 91 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, E.Bəşirov heyvanların törəyib çoxalması biologiyasının və süni mayalandırılmasının öyrənilməsi istiqamətində fundamental tədqiqatlar aparıb və elmi nəticələr əldə edib. Məhz elmdə "Bəşirov metodu" onun adına verilib.

    1964-cü ilin sentyabrın 6-dan 13-ə kimi İtaliyanın Trento şəhərində keçirilən V Beynəlxalq Elmi Konqres Eyyub Bəşirov elmi məruzə edib. Böyük maraqla dinlənilən elmi məruzə bioloqların V Beynəlxalq Konqresində birinci yeri tutub və qızıl medala layiq görülüb. Roma Papası VI Pavel şəxsən özü alimi böyük uğur münasibətilə təbrik edib və öz portretini ona hədiyyə verib.

    Qeyd edək ki, mərhumun böyük oğlu Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, digər oğlu Xanlar Bəşirov isə Azərbaycanın əməkdar artisti, tanınmış rəqqasdır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi