Qubanın Töhmər kəndində 20 ildən çoxdur "Son zəng" çalınmır - FOTOLAR

Qubanın Töhmər kəndində 20 ildən çoxdur "Son zəng" çalınmır - FOTOLAR Quba rayonunun Töhmər kəndindəki orta məktəbdə 20 ildən çoxdur Son zəng çalınmır.
Elm və təhsil
15 İyun , 2019 15:10
Qubanın Töhmər kəndində 20 ildən çoxdur Son zəng çalınmır - FOTOLAR

Quba rayonunun Töhmər kəndindəki orta məktəbdə 20 ildən çoxdur "Son zəng" çalınmır.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, SSRİ dağıldıqdan sonra kənd məktəbi cəmi bir neçə il fəaliyyət göstərib, sonralar isə baxımsızlıq üzündən tədricən dağılmağa başlayıb. 

İyirmiyə yaxın ailənin yaşadığı kəndin sakinlərinin sözlərinə görə, həmin dövrdən məktəb yaşına çatmış uşaqlar bu günədək məktəbin nə olduğunu bilmirlər: "İndiki uşaqları da həmin aqibət gözləyir. Onlar televiziya vasitəsilə məktəbliləri seyr etdikdə gözlərinin yaşardığını deyirlər. Onlar da məktəbə getmək, "Birinci zəng" və "Son zəng" səsini eşidib sevinmək istəyirlər".

Sakinlər həmçinin bildirib ki, avtomobil yolunun olmaması səbəbindən uşaqlarını qonşu kəndlərdəki məktəblərə də göndərə bilmirlər.

Son xəbərlər

Orphus sistemi