Yuxarı

Naxçıvan Müəllimlər İnstitutuna yeni səlahiyyət verilib, “Təfəkkür “ Universitetinin səlahiyyəti azaldılıb

​Naxçıvan Müəllimlər İnstitutuna yeni səlahiyyət verilib

Nazirlər Kabineti 2010-cu il 14 dekabr tarixli qərarla təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edib.

"Report" xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Naxçıvan Müəllimlər İnstitutu (fəlsəfə doktoru üzrə) “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın “Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə” bölməsinə daxil edilib. Qərarla həmçinin Elm və Təhsil Mərkəzi “Təfəkkür “ Universitetinin adı (fəlsəfə doktoru üzrə) "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın “Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə” bölməsindən çıxarılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi