Yuxarı
    Bağlamaq

    Gürcüstanda ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı artıb - STATİSTİKA

    Dinlə
    Qonşu ölkədə ali təhsil alan əcnəbi tələbələrin ümumi sayı 10 074 nəfər təşkil edir

    Tbilisi. 18 sentyabr. REPORT.AZ/ 2017-2018-ci tədris ilinin sonunda Gürcüstanda ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı 2 702 nəfər təşkil edib.

    “Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin məlumatında qeyd olunub.

    Məlumata əsasən, ötən tədris ilinin əvvəlindəki göstərici ilə müqayisədə qonşu ölkənin ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşlarının sayı 11 nəfər artıb.

    Gürcüstanda ali təhsil alan Azərbaycan vətəndaşlarının 501-i Gürcüstanın dövlət, 2 201-i isə özəl universitetlərdə təhsil alır.

    Qonşu ölkədə ali təhsil alan əcnəbi tələbələrin ümumi sayı 10 074 nəfər təşkil edir ki, onların da arasında birinci yeri 3 834 nəfərlə Hindistan tutur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi