Nazir: "Ali məktəblərdə dövlət hesablı yerlərin sayı 12324-dən 20 500-ə çatdırılacaq"

Nazir: "Ali məktəblərdə dövlət hesablı yerlərin sayı 12324-dən 20 500-ə çatdırılacaq" Bakı. 15 fevral. REPORT.AZ/ “2019-2020-ci tədris ili üçün dövlət sifarişli yerlərlə bağlı sənədi Nazirlər Kabinetinə təqdim etmişik və sənəd təsdiq olunma mərhələsindədir”.
Elm və təhsil
15 Fevral , 2019 10:13
Nazir: Ali məktəblərdə dövlət hesablı yerlərin sayı 12324-dən 20 500-ə çatdırılacaq
Təhsil n­aziri Ceyhun Bayramov / Report/Elchin Murad

Bakı. 15 fevral. REPORT.AZ/ “2019-2020-ci tədris ili üçün dövlət sifarişli yerlərlə bağlı sənədi Nazirlər Kabinetinə təqdim etmişik və sənəd təsdiq olunma mərhələsindədir”.

“Report” xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, ötən il dövlət sifarişli yerlərin sayı 12324 olub, növbəti tədris ili üçün isə 20 500 yerə kimi artırılması planlaşdırılır: “Yaxud da bir il ərzində dövlət sifarişli yerlərdə 65 faizdən artıq artım görürük. Hesab edirik ki, növbəti illərdə də müsbət tendensiya davam edəcək”.

C.Bayramov qeyd edib ki, yalnız növbəti ilin proqnoz yerlərindən danışılırsa, dövlət sifarişli yerlərin sayı 42% müəyyən edilib: “2018-2019-cu tədris ili üçün bu rəqəm 30%-dən az idi. Bu da bir il ərzində əlavə sifarişli yerlərin olması deməkdir. Məqsəd dövlət vəsaiti hesabına təhsilin müxtəlif istiqamətlərində gənclərə ali təhsil imkanının verilməsi və bunun genişləndirilməsidir”.

Son xəbərlər

Orphus sistemi