Ceyhun Bayramov yeni məktəbli formalarının qiymətindən danışıb

Ceyhun Bayramov yeni məktəbli formalarının qiymətindən danışıb Tövsiyə edilir ki, məktəbli formalarının qiyməti yüksək olmasın. Bir sıra istehsalçılar buna riayət edir.
Elm və təhsil
27 Yanvar , 2020 13:06
Ceyhun Bayramov yeni məktəbli formalarının qiymətindən danışıb

"Tövsiyə edilir ki, məktəbli formalarının qiyməti yüksək olmasın. Bir sıra istehsalçılar buna riayət edir".

"Report" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, istehsalçıların özü də qiymərlərin aşağı olmasında maraqlıdır: "Çünki qiymət münasib olarsa formalar da satılar. Məktəbli formalarının qiymətləri Təhsil Nazirliyi tərəfindən tənzimlənmir. Qanunvericiliyə əsasən məktəbli forması və yaxud məktəblilərlə bağlı hər hansı ləvazimatların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi nəzərdə tutulmayıb. Onlar tələb-təklif əsasında təyin edilir. Bu barədə hər hansı bir rəqəmin səsləndirilməsi nazirliyin səlahiyyətləri xaricindədir. Qiymətlər keyfiyyət və formadan asılı olaraq dəyişir və bununla bağlı qərarı da istehsalçılar verir".

Son xəbərlər

Orphus sistemi