"Gələn ildən etibarən tədrisi ana dilində aparılmayan məktəblərdə Azərbaycan dili dərsliyi yeni ehtiyat dərslik formatında hazırlanacaq".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri
Onun sözlərinə görə, növbəti illərdə "Həyat bilgisi" dərsliyinin də yeni alternativ dərslik formatında işlənilməsinə başlanılacaq: "Yaxın illərdə Azərbaycanda orta məktəblərdə ehtiyat dərsliklərin çeşidi artırılacaq. İbtidai siniflərdə bir sıra əsas fənn dərsliklərinin - Ana dili, riyaziyyat və xarici dil dərsliklərinin yeni ehtiyat dərslik formatında hazırlanması istiqamətində işlərə başlanılıb. Artıq bir ildir ki, həmin dərsliklər Azərbaycanın 100 məktəbində sınaqdan keçirilir. Bu formada təkmilləşdirilmiş dərsliklər yenidən ekspertizaya göndərilir və özünü doğrultduqdan sonra mövcud olan dərslikləri həmin ehtiyat dərsliklərlə əvəz edəcəyik. Biz ehtiyat dərsliklərin çeşidinin artırılması istiqamətində işləyirik".
C.Bayramov bildirib ki, Azərbaycanda orta məktəblərdə dərs yükünün optimallaşdırılması istiqamətində müxtəlif təşəbbüslər irəli sürülüb və bu istiqamətdə tədbirlər həyata keçirilir: "