Yuxarı

Bu gün 76 min 636 şagird üçün buraxılış imtahanı keçirilib

Bu gün 76 min 636 şagird üçün buraxılış imtahanı keçirilib
Bakı. 17 iyun. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 17-də Bakı, Sumqayıt, Abşeron şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşə...
© Report

Bakı. 17 iyun. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 17-də Bakı, Sumqayıt, Abşeron şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 76 min 636 şagird (IX sinif üzrə 43781, XI sinif üzrə 32855) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.

DİM-dən "Report"a verilən məlumata görə, 9-cu sinif şagirdləri üçün imtahan (II mərhələ) saat 10:00-da başlanıb və 1 saat 30 dəqiqə ərzində aparılıb. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlanıb və 2 saat 45 dəqiqə müddətində aparılıb.

İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılmış və imtahan prosesinin gedişinə nəzarət olunub.

İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində zəruri şərait yaradılıb.

Qeyd edək ki, DİM Direktorlar Şurası tərəfindən ümumi orta (9 illik) təhsil bazasında yeni növ buraxılış imtahanları ilə əlaqədar görülən işlərə ictimai nəzarətin təşkili, eləcə də şəffaflığının təmin edilməsi məqsədilə yaradılmış İctimai Şura üzvləri də imtahan materiallarının yola salınmasını, buraxılış rejiminin təşkilini, imtahanın gedişini və s. prosesləri izləmişdir.

İyunun 19-dan etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələr yaxın günlərdə elan ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi