BDU-nun rektoru tələbələrin zəhərlənməsinə münasibət bildirib

BDU-nun rektoru tələbələrin zəhərlənməsinə münasibət bildirib 'Hadisə yataqxana ilə bağlı deyil, tələbələrin kirayə qaldıqları evdə baş verib''.
Elm və təhsil
3 Dekabr , 2019 13:21
BDU-nun rektoru tələbələrin zəhərlənməsinə münasibət bildirib

'Hadisə yataqxana ilə bağlı deyil, tələbələrin kirayə qaldıqları evdə baş verib''. 

''Report'' xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev səhər saatlarında Kliniki Tibbi Mərkəzə aparılan iki tələbənin durumuna münasibət bildirərkən deyib.

Rektor hesab edir ki, belə məsələləri şişirtmək lazım deyil: ''Çünki bu hamıya psixoloji təsir göstərir. Bu gün xəstəxanaya aparılan tələbələrrdən biri bizim, digəri isə başqa universitetin tələbəsidir''.

E.Babayev noyabrın 21-də BDU-nun yataqxanasında baş verən hadisə ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib.

O bildirib ki, zəhərlənmə hadisəsinin universitetdə tələbələrə verilən yemək kartı və universitetin yeməkxanası ilə heç bir əlaqəsi yoxdur: ''Birmənalı olaraq bunu inkar edirəm. İstintaq nəticəsində hər şey aydın olacaq. Mən özüm də universitetin yeməkxanasında yemək yeyirəm. Hər şey yüksək səviyyədədir. Məhsulları da keyfiyyətlidir. Bunları bir-birinə bağlamaq qəzərli xarakter daşıyır. Tələbələrlə görüşlərdə yeməklərinə diqqət etmələrini istəyirik''.

Son xəbərlər

Orphus sistemi