BDU-nun əməkdaşlarına dövlət tətlifləri təqdim olunub

BDU-nun əməkdaşlarına dövlət tətlifləri təqdim olunub Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Bakı Dövlət Universitetinin (BDU) 100 illiyi münasibətilə bu təhsil müəssisəsinin təltif olunan əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib.
Elm və təhsil
16 Dekabr , 2019 17:16
BDU-nun əməkdaşlarına dövlət tətlifləri təqdim olunub

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Bakı Dövlət Universitetinin (BDU) 100 illiyi münasibətilə bu təhsil müəssisəsinin təltif olunan əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib.

"Report" xəbər verir ki, mərasimdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1919-cu ildə təsis edilən Bakı Dövlət Universitetinin ötən müddət ərzində keçdiyi şərəfli inkişaf yolundan, ölkədə ali təhsil sisteminin inkişafında, yeni elm və təhsil müəssisələri şəbəkəsinin formalaşmasında əvəzsiz rolundan söz açıb.

Nazir çıxışında universitetin yubileyi ilə bağlı ölkə səviyyəsində və xaricdə silsilə tədbirlər həyata keçirildiyini xüsusi diqqətə çatdırıb:

"BDU-nun Azərbaycanda elm və təhsilin inkişafında xüsusi rolu var. Bu təhsil müəssisəsində işləyənlərin təhsilin inkişafında müstəsna xidmətləri olub".

O, sonda BDU əməkdaşlarını təbrik edib, hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Bakı Dövlət Universitetinin əməkdaşlarına 100 illik münasibətlə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə fəxri adlar, orden və medallar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi