BANM-in kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

BANM-in kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib Bakı. 12 dekabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) kollektivi ümummilli lider Heydər Əliyevin əziz xatirəsini anmaq üçün Fəxri xiyabanı ziyarət edib.
Elm və təhsil
12 Dekabr , 2018 11:22
BANM-in kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Bakı. 12 dekabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) kollektivi ümummilli lider Heydər Əliyevin əziz xatirəsini anmaq üçün Fəxri xiyabanı ziyarət edib. 

Bu barədə "Report"a Ali Məktəbdən məlumat verilib.

Anım mərasimində BANM-ın rektoru Elmar Qasımov, prorektorlar, professor-müəllim heyəti, administrativ kollektiv və tələbələri Ulu Öndərin xatirəsini hörmət və ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.

Fəxri xiyabanı ziyarət zamanı həmçinin akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub və məzarı üstünə güllər qoyulub.

Qeyd edək ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin vəfatından 15 il ötür. Müasir Azərbaycanın müstəqillik tarixi Heydər Əliyev olmadan təsəvvür etmək qeyri mümkün olardı. Xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində inkişafı məhz onun adı ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi