Azərbaycanda Moskva Politexnik Universitetində təhsil almaq istəyənlər üçün tədbirlər keçiriləcək
Elm və təhsil
- 11 iyun, 2019
- 06:05
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi (RİMM) iyulun 6-dan 19-dək Azərbaycan vətəndaşlarını Moskva Politexnik Universitetində təhsil almağa cəlb etmək üçün tədbirlər keçirəcək.
Bu barədə "Report" RİMM-in Mətbuat xidmətinə istinadən məlumat verir.
Qeyd edək ki, təhsil büdcə vəsaitləri hesabına həyata keçiriləcək.
Hazırda Moskva Politexnik Universitetində İnformasiya texnologiyaları, Nəqliyyat, Maşınqayırma, Kimya texnologiyaları və Biotexnologiya, Şəhərsalma və şəhər təsərrüfatı, İqtisadiyyat və idarəetmə, Texnoloji sahibkarlıq fakültələrində, Ali Mətbuat və Media Sənayesi Məktəbində təhsil verilir. Universitetin filialları Ryazan, Kolomna, Çeboksarı, İvanteyevka, Tuçkovo, Podolsk, Elektrostal şəhərlərində fəaliyyət göstərir.
Son xəbərlər
13:30
Azərbaycan millisi Özbəkistanda ikinci yoxlama matçını keçirib
Futbol13:29
Əraqçi: Azərbaycan və digər region ölkələri danışıqların bərpasını təşviq ediblər
Region13:26
"Sulutəpə" dairəsi istiqamətində təmirlə əlaqədar bir sıra yollarda nəqliyyatın sıxlığını yaranıb
İnfrastruktur13:13
Video
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb
Hərbi13:10
Koul Palmer "Çelsi"nin və İngiltərə Premyer Liqasının tarixinə düşüb
Futbol13:07
Rusiyanın ordu generalına sui-qəsdin icraçısı BƏƏ-də saxlanılıb
Region13:03
İranın XİN başçısı: ABŞ ilə növbəti danışıqlar başqa yerdə keçirilə bilər
Region12:49
Natiq Qasımovun ailəsi Leyla Əliyeva və Alena Əliyevaya onları ziyarət etməsinə görə təşəkkür edib
Daxili siyasət12:31