Bakı. 13 fevral. REPORT.AZ/ Аzərbаycаn Dillər Univеrsitеti (ADU) filologiya və jurnalistika fakültəsinin dekanı vəzifəsini tutmaq üçün müsabiqə elan edib.
“Repot”un xəbərinə görə, universitetin elan etdiyi müsabiqədə ümumilikdə 15 vakant yer çıxarılıb. Həmin vakansiyalar aşağıdakılardır:
1. Filologiya və jurnalistika fakültəsi nəzdində ingilis dilinin leksikologiyası və üslubiyyatı kafedrası – dosent, 2 ştat baş müəllim, 1 ştat
2. Təhsil fakültəsi nəzdində ingilis dilinin leksikologiyası və üslubiyyatı – 1 kafedrası baş müəllim, 0,5 ştat
3. Təhsil fakültəsi nəzdində xarici dillərin tədrisi metodikası kafedrası – baş müəllim, 1 ştat
4. Filologiya və jurnalistika fakültəsi nəzdində xarici dillər kafedrası – dosent, 1,75 ştat, baş müəllim, 2 ştat
5. Tərcümə və mədəniyyətşünaslıq fakültəsi nəzdində xarici dillər kafedrası – dosent, 1 ştat, baş müəllim, 0,75 ştat
6. Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi nəzdində xarici dillər kafedrası – baş müəllim, 0,5 ştat
7. Linqvokulturologiya kafedrası – baş müəllim, 2 ştat
8. Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası – dosent, 1 ştat
9. German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası – baş müəllim, 1 ştat
10. Təlimdə innovasiyalar kafedrası – kafedra müdiri, baş müəllim, 1 ştat
11. Beynəlxalq münasibətlər kafedrası – baş müəllim, 1 ştat
12. Qafqazşünaslıq kafedrası – dosent, 0,5 ştat
13. Azərbaycan dilçiliyi kafedrası – dosent, 3 ştat
14. Ümumi dilçilik kafedrası – dosent, 0,5 ştat
15. İnformasiya texnologiyaları kafedrası – dosent, 0,25 ştat
16. Filologiya və jurnalistika fakültəsi – dekan
Qeyd edək ki, bir neçə gün bundan öncə ADU-nun Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli vəzifəsindən azad olunub.
Səid Qərib