Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycanın neft-qaz sənayesinin canlı əfsanəsi, bu sahənin inkişafına böyük töhfələr vermiş
BANM-dən "Report"a verilən məlumata görə, Ali Məktəbin Konqres zalında təntənəli yubiley tədbiri keçirilib.
Tədbirdə SOCAR-ın və BANM-in rəhbərliyi, nüfuzlu elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, müstəqil Azərbaycanın yeni neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsində Xoşbəxt Yusifzadənin əməyi, zəngin təcrübəsi bütün neftçilər üçün nümunədir.
Rektor deyib ki, X.Yusifzadənin böyük xidmətlərinə ən ali səviyyədə qiymət verilib. O, Prezident
“Ölkəmizdə zəngin neft-qaz yataqlarının kəşf edilməsi və işlənməsində, neft sənayesi və elminin inkişafında, Xəzər dənizindəki genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla həyata keçirilməsində Xoşbəxt Yusifzadənin böyük xidmətləri vardır. Xəzər dənizinin Azərbaycan sektorunda onun rəhbərliyi və bilavasitə iştirakı ilə 20-dən çox neft və qaz-kondensat yatağı - "Bahar", "Günəşli", "Azəri", "Çıraq", "Kəpəz" və digər yataqlar kəşf edilib. Bütün bunlarla yanaşı, Azərbaycan neft elminin qızıl fonduna daxil olan 200-dən artıq elmi əsərin, 18 monoqrafiya və 8 ixtiranın müəllifi kimi tanınan Xoşbəxt Yusifzadənin elmi yaradıcılığı neft və qaz sənayesinin aktual problemlərinin həllinə, neft-qaz geologiyasının inkişafına, yataqların işlənilməsinə və geofiziki axtarış üsullarının təkmilləşdirilməsinə dəyərli töhfə verib”.
Xoşbəxt Yusifzadənin bu gün də yorulmadan çalışdığını elm və istehsalat sahəsində öz səmərəli fəaliyyətini uğurla davam etdirdiyini qeyd edən rektor Elmar Qasımov daha sonra Bakı Ali Neft Məktəbinin Elmi Şurasının qərarı ilə Xoşbəxt Yusifzadəyə “Bakı Ali Neft Məktəbinin Fəxri professoru” diplomunu təqdim edib. X.Yusifzadə “Azərbaycanda neft-qaz sənayesinin inkişafına, elm və təhsilin tərəqqisinə verdiyi töhfələrə görə” Fəxri professor diplomuna layiq görülüb.
SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov tədbirdə çıxışı zamanı Xoşbəxt Yusifzadənin tarixi əhəmiyyət kəsb edən nailiyyətlərindən bəhs edib, iş yoldaşı kimi öz təəssüratlarını bölüşüb: “X.Yusifzadə ilə birlikdə çalışdığımız illərdə mən xarici mütəxəssislərin onunla qeyd-şərtsiz hesablaşdıqlarının, onun rəyini daim böyük hörmətlə nəzərə aldıqlarının şahidi olmuşam. Ötən 25 ildə Xəzər dənizinin Azərbaycan sektorunda tərəfdaş şirkətlərlə aparılmış genişmiqyaslı kəşfiyyat-axtarış işlərinin müvəffəqiyyətlə nəticələnməsində onun böyük əməyi vardır. X.Yusifzadə bu gün də şanlı neftçilər ordusunun ön sıralarındadır. O, Azərbaycan neft-qaz sənayesinin inkişafı naminə yorulmadan çalışır, SOCAR-ın rəhbərlərindən biri kimi ölkə iqtisadiyyatının çiçəklənməsinə mühüm töhfələr verməkdə davam edir. İnanırıq ki, tükənməz enerjisi və əməksevərliyi sayəsində əziz Xoşbəxt müəllim hələ uzun illər xalqımızın daha işıqlı gələcəyi naminə qurucu-yaradıcı fəaliyyətini davam etdirəcək, şirkətimizin inkişafında yaxından iştirak edəcəkdir”.
Daha sonra Ekologiya və Təbii Sərvətlər naziri
Onlar akademik X.Yusifzadənin təkcə Azərbaycanda deyil, xaricdə də neft sahəsinin səriştəli mütəxəssisi kimi tanındığını, ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də Xoşbəxt Yusifzadəni nəinki Azərbaycanda və keçmiş Sovet İttifaqında, eləcə də dünya miqyasında tanınmış mütəxəssis kimi qiymətləndirdiyini vurğulayıblar.
Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması ixtisasının 4-cü kurs tələbələsi Nərgiz Hüseynova Xoşbəxt Yusifzadəyə həsr olunmuş şeir söyləyib.
Çıxışlardan sonra akademik Xoşbəxt Yusifzadənin fəaliyyəti haqqında film nümayiş olunub.
Sonda səbəbkar çıxış edərək tədbirin təşkilatçılarına, iştirakçılara və çıxışçılara təşəkkürünü bildirib. Həyat və fəaliyyətinin maraqlı anlardan danışan yubilyar ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin ona göstərdiyi böyük dəstək, ehtiram və qayğıdan söz açıb. Rektor Elmar Qasımov Xoşbəxt Yusifzadəyə onun tanınmış rəssam Tahir Əfəndiyev tərəfindən kətan üzərində yağlı boya ilə çəkilmiş portretini hədiyyə edib.