Xaricdə doktorantura təhsili almaq istəyənlərə müraciət edilib

Xaricdə doktorantura təhsili almaq istəyənlərə müraciət edilib "2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsilinə dair sənəd qəbuluna başlanılır.
Elm və təhsil
2 Mart , 2023 10:12
Xaricdə doktorantura təhsili almaq istəyənlərə müraciət edilib

"2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu davam edir.

"Report" xəbər verir ki, Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan vətəndaşlarını 2023-cü il üzrə həyata keçiriləcək ilk sənəd qəbulunda iştirak etməyə dəvət edir.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı , elana dair ətraflı məlumatqeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər.

Proqrama müraciət 1 fevral - 1 aprel tarixlərini əhatə edəcək.

Hər hansı əlavə sual yarandığı zaman FAQ/MVS və ya [email protected] mail ünvanına müraciət oluna bilər.

Son xəbərlər

Orphus sistemi