Azərbaycanda qədim yaşayış məskəni tapıldı, ərazidə mühafizə zolağı yaradılıb - VİDEO

Azərbaycanda qədim yaşayış məskəni tapıldı, ərazidə mühafizə zolağı yaradılıb - VİDEO Tovuzda orta əsrlər mədəniyyətinə aid tikili və sultan körpüsü aşkarlanıb.
Elm və təhsil
9 İyul , 2021 17:15
Azərbaycanda qədim yaşayış məskəni tapıldı, ərazidə mühafizə zolağı yaradılıb - VİDEO

Tovuzda orta əsrlər mədəniyyətinə aid tikili və sultan körpüsü aşkarlanıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Vedili kəndi ərazisində aşkarlanan maddi mədəniyyət nümunələrinin qalıqlarının araşdırmaları zamanı orta əsrlər mədəniyyətinə aid ev qalıqları da aşkarlanıb. İlkin tədiqatlara görə, islam mədəniyyətinə aid olan tikililər ticarət yolunun üzərində inşa edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri Fərhad Quliyev "Report"un Qərb Mərkəzinə bildirib ki, yeni aşkarlanan əraziyə baxış keçirilib, ilkin qazıntı işləri aparılıb və həmin ərazidə mühafizə zolağı yaradılıb: “Burada türbə-məscid kompleksinin, XV əsrə aid "Sultan körpüsü"nün, XVII əsrə aid qəbiristanlıq və yaşayış evinin aşkar edilməsi Azərbaycan xalqının qədim yaşayış yerini əks etdirən kompleksin olduğunu nümayiş etdirir”.

AMEA-nın şöbə müdiri əlavə edib ki, burada aşkar olunan ev daha çox diqqəti cəlb edir: "Tapılan evin bünövrəsinin dərinliyi 60 santimetr, eni 80 santimetrdir. Burada arakəsmələr üçün taxtadan istifadə edilib və bu taxtalar da bir-birinə dəmir mıxlarla bərkidilib. Evin dam örtüyünün kərpicdən olması da tapılan qalıqlardan özünü biruzə verir. Sözügedən ərazinin uzunluğu 700 metrdir. Buranın təsərrüfat və ya digər məqsədlər üçün istifadə edilməməsi və dağıntılara məruz qalmaması üçün ərazinin mühafizə zolağı elan edilməsi labüddür. Bizim əsas rəyimiz budur ki, bu ərazi mütləq mühafizə edilməlidir. Mühafizə zolağının əraizisi genişləndirilməlidir. Gələcəkdə elmi araşdırmalar üçün şərait yaradılmalıdır ki, burada tədqiqatlar aparılsın".

Qeyd edək ki, Mədəniyyət Nazirliyi, Arxeologiya və Entoqrafiya İnstitutu ölkədə arxeoloji abidələrin mühafizəsi üçün qeydiyyat və onların gələcək tədqiqatları ilə bağlı yeni layihə hazırlayıb.

Son xəbərlər

Orphus sistemi