Elm və Təhsil Nazirliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncama dəyişikliyini şərh edib.
"Report"un məlumatına görə, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli jurnalistlərə açıqlamasında əsas dəyişikliklərdən birinin proqramın müddətinin uzadılması olduğunu bildirib:
"Dövlət Proqramının müddəti uzadılaraq 2022-2028-ci illər olaraq müəyyən edilib. İkincisi isə gənclərin sayının artırılaraq 400-dən 500-ə çatdırılmasıdır. Eyni zamanda doktorantura pilləsinin də Dövlət Proqramına əlavə edilməsidir. Növbəti ildən təhsilin bu səviyyəsi maliyyələşdiriləcək. Bu dəyişiklik gənclərin inkişafına yönəlik mühüm dəyişiklikdir".