Şuşa şəhərində Türk Akademiyasının Elmi Şurasının VII iclası keçirilib.
"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, açılış nitqi ilə çıxış edən Türk Akademiyasının prezidenti Şahin Mustafayev iclasın Şuşada keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib.
O bildirib ki, iclas elmi əməkdaşlığın möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparmağa və müvafiq qərarlar qəbul etməyə imkan verir.
Sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev belə bir mötəbər tədbirə ev sahibliyi etməkdən məmnunluğunu bildirib.
Türk Akademiyasının məqsədlərindən danışan Emin Əmrullayev akademiya ilə əməkdaşlıq çərçivəsində elm və təhsil sahəsində həyata keçirilən işlərdən bəhs edib.
Daha sonra iclasın gündəliyində duran məsələlər müzakirə olunub.
İclas çərçivəsində Türk Akademiyasının fəaliyyət hesabatı təqdim edilib.