Şəhidlərin xatirəsi anılan zaman ayağa durmayan məktəb direktoru cəzalandırılıb

Şəhidlərin xatirəsi anılan zaman ayağa durmayan məktəb direktoru cəzalandırılıb Bakıda 161 nömrəli tam orta məktəbdəki tədbirdə şəhidlərin xatirəsi anılan zaman ayağa durmayan direktor cəzalandılırıb.
Elm və təhsil
20 Oktyabr , 2022 15:01
Şəhidlərin xatirəsi anılan zaman ayağa durmayan məktəb direktoru cəzalandırılıb
Ruhiyyə Tağıyeva

Bakıda 161 nömrəli tam orta məktəbdəki tədbirdə şəhidlərin xatirəsi anılan zaman ayağa durmayan direktor cəzalandırılıb.

Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, paytaxtdakı 161 nömrəli tam orta məktəbdəki tədbirdə şəhidlərin xatirəsi anılan zaman direktor və yanında əyləşən şəxslərin ayağa qalxmaması ilə əlaqədar yayılmış videogörüntülərlə bağlı İdarə tərəfindən müvafiq araşdırma aparılıb.

Araşdırma nəticəsində əmək müqaviləsi üzrə vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə görə 161 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Tağıyevaya, təlim-tərbiyə işləri üzrə direktor müavini Əsmər Əliyevaya, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Ülviyyə Şükürovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin A bəndinə əsasən, intizam tənbehi kimi töhmət verilib.

Son xəbərlər

Orphus sistemi