Ukrayna ilə müharibəyə görə sanksiyalar Rusiyanın “Sibir halqa foton mənbəyi” (SKİF) sinxrotronunu istismara verməsinə mane olub. Müəssisə dekabrın 31-də işə salınmalı idi.
“Report” xəbər verir ki, hökumət bunu bir il müddətinə ertələməyi
Obyektin işə salınmasının təxirə salınması zərurəti barədə əvvəllər Novosibirsk vilayətinin qubernatoru Andrey Travnikov məlumat
“2022-ci ildə vəziyyət dəyişdi və biz buna hətta şadıq, çünki bu həm REA SŞ-nin (Rusiya Elmlər Akademiyasının Sibir Şöbəsi – red.) Nüvə Fizikası İnstitutunun mühəndis-tədqiqatçıları, həm də bu məsələnin həllində əməkdaşlığa həvəslə qoşulan Novosibirsk müəssisələri üçün bir çağırış, öz güclərini sınamaq imkanı idi”, – qubernator bildirib. O, idxalı əvəzləmə vəzifəsinin yerinə yetirildiyini və yerli tərtibatçıların “ölkədə ya heç vaxt, ya da azı son 30 ildə istehsal edilməyən şeyləri istehsal etdiklərini” vurğulayıb. Lakin hələlik SKİF-də yalnız xətti sürətləndirici işə salınıb. Travnikovun sözlərinə görə, digər elementlərin quraşdırılmasının tamamlanması, sazlanması və stansiyalarda ilk tədqiqatlar 2025-ci ildə baş tutacaq.
SKİF kollektiv istifadə mərkəzi Novosibirsk yaxınlığındakı Koltsovo elm şəhərciyi yaxınlığında tikilir. Bu, 2018-ci ildə düşünülmüş və Prezident Vladimir Putinin texnoloji sıçrayış edəcəyini və ölkədəki hər ikinci şirkəti innovativ edəcəyini vəd etdiyi “Elm və Universitetlər” milli layihəsinə daxil edilmişdi. SKİF dünyada 3 GeV enerjili ilk sinxrotron şüalanma mənbəyi adlandırılırdı və onun stansiyalarında biopolimerlərin strukturunun deşifrələnməsi, canlı orqanizmlərin öyrənilməsi, irsi məlumatın ötürülməsi mexanizmləri və yeni materialların yaradılması ilə məşğul olmaq planlaşdırılırdı. Obyektin 34 bina və qurğusunun ümumi sahəsi 86,8 min m² təşkil edəcək. 2022-ci ilin yayında layihəyə 47 milyard rubldan çox vəsait ayrılacağı açıqlansa da, SKİF-in işə salınması artıq ikinci dəfə ertələnir. Başlanğıcda onun 2023-cü ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdu.
İyun ayında layihə yalnız 40 % hazır idi. SKİF-in mətbuat xidməti sanksiyaların Qərbdən tədarükü əngəllədiyini etiraf edirdi. Layihə operatoru bildirirdi ki, indi sinxrotronun eksperimental stansiyaları üçün avadanlığın yalnız 5 %-i xaricdən alınır və idxalçılar arasında yalnız “dost” ölkələr – Hindistan və Çin qalıb.