Rektor: “BANM-də yeni ixtisasların açılması nəzərdə tutulur”

Rektor: “BANM-də yeni ixtisasların açılması nəzərdə tutulur” “Bakı Ali Neft Məktəbində (BANM) yeni ixtisasların açılması nəzərdə tutulur”.
Elm və təhsil
15 Sentyabr , 2023 16:33
Rektor: “BANM-də yeni ixtisasların açılması nəzərdə tutulur”

“Bakı Ali Neft Məktəbində (BANM) yeni ixtisasların açılması nəzərdə tutulur”.

Bunu “Report”a müsahibəsində BANM-in rektoru Elmar Qasımov deyib.

O bildirib ki, bu barədə tərəfdaşlarla danışıqlar aparılır: “Misal olaraq, Bərpa olunan enerji mühəndisliyi üzrə magistrura proqramının açılmasına hazırlaşırıq. Böyük Britaniyanın Heriot-Vat Universiteti ilə bərabər bu ixtisasın açılması üzərində iş aparırıq. Həmçinin, Kompüter elmləri ixtisasının açılmasına hazırlıq görülür. Özbəkistanla imzalanan əməkdaşlıq müqaviləsinə görə orada iki ixtisasın - ingilis dilində Neft-qaz və Kimya mühəndisliyi ixtisasının açılması ilə bağlı işlər həyata keçirilir. Bundan başqa, İsrailin Technion Universiteti ilə Kibertəhlükəsizlik ixtisası üzrə artıq danışıqlar başlanıb”.

E.Qasımovun müsahibəsinin daha geniş variantını bu link vasitəsilə oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi