Bakı. 9 yanvar. REPORT.AZ/ “Reklam hazırlayanlar dilçi mütəxəssis deyillər. Bu səbəbdən də reklamların hazırlanması işində dilçi mütəxəssislərin iştirak etməsi mütləqdir”.
Bunu "Report"a açıqlamasında Azərbaycan
O bildirib ki, reklam hazırlamaq üçün müxtəlif sahələrdən şəxslər dəvət olunur: “Həmin mütəxəssislərin isə çoxu Azərbaycan dilini, onun qayda-qanunlarını yaxşı bilmirlər. Hətta bəziləri rus dilli, bəziləri xaricdə təhsil almış olur. Reklam işi aparan qurumlarda dilçi ştatının olması şərtdir”.
Dilçi bildirib ki, son illər reklamların dilində müsbətə doğru dəyişikliklər nəzərə çarpır: “Xüsusən də Prezident
R.Heydərov qeyd edib ki, Dövlət Reklam Agentliyi yaradılmamışdan əvvəl küçə reklamlarının dili ilə bağlı Dilçilik İnstitutu bir neçə monitorinq aparıb: “Agentlik yaranandan sonra İnstitut monitorinqləri dayandırıb”.
Onun sözlərinə görə, küçə reklamlarında ən çox aşkarlanan səhvlər yazıların əcnəbi dildə olmasıdır: “Əlifbanın və yazının əcnəbi dildə olması böyük problemdir. Şəhərin mərkəzinə doğru getdikcə isə reklamların dili ilə bağlı problemlər daha da ciddiləşir”.