“Qadınlar STEM”də adlı festival keçirilib

“Qadınlar STEM”də adlı festival keçirilib “Qadınlar STEM”də adlı festival keçirilib.
Elm və təhsil
28 Yanvar , 2023 13:28
“Qadınlar STEM”də adlı festival keçirilib

“Qadınlar STEM”də adlı festival keçirilib.

“Report” xəbər verir ki, STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunan festival Bakı Limanının dəstəyi ilə həyata keçirilib.

QadınFest və “Women in Tech” platformalarının təşkilatçılığı ilə baş tutan festivalda önəmli ictimai xadimlər və STEM mütəxəssisləri çıxış ediblər.

Festival çərçivəsində tələbə və mütəxəssislər üçün əmək yarmarkası, uşaqlar üçün STEM üzrə müxtəlif master-klaslar təşkil olunub.

Festival təşkilatçıları STEM haqqında heç bir məlumatı olmayanlara STEM sahələri haqqında bilgi verib, tələbə və gənc mütəxəssislərə iş tapmaq və əlaqələri genişləndirmək haqqında danışıblar.

Tədbirdə STEM-ə daha çox uşaq cəlb etmək və onların festivalda əylənməsi üçün hər bir şərait yaradılıb.

Qeyd edək ki, 2 gün boyunca davam edəcək festivala giriş ödənişsizdir.

Son xəbərlər

Orphus sistemi