Professor: “Azərbaycan və Rusiya təhsil sahəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır”

Professor: “Azərbaycan və Rusiya təhsil sahəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır” "Həştərxan Dövlət Universitetinin (HDU) Bakıda nümayəndəliyinin açılması Azərbaycan və Rusiyanın təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu göstərir".
Elm və təhsil
23 Oktyabr , 2023 18:23
Professor: “Azərbaycan və Rusiya təhsil sahəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır”

"Həştərxan Dövlət Universitetinin Bakıda nümayəndəliyinin açılması Azərbaycan və Rusiyanın təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu göstərir".

Bunu “Report”a açıqlamasında Həştərxan Dövlət Universitetinin (HDU) filologiya və jurnalistika fakültəsinin dekanı, professor Lyudmila Kasyanova deyib.

O, Bakıya ilk səfəri olmadığını, tez-tez Azərbaycanda keçirilən müxtəlif elmi tədbirlərdə iştirak etdiyini bildirib: “Biz Azərbaycanda rus dilinə qarşı diqqət görürük. Bu, bizi sevindirir”.

Dekanın sözlərinə görə, Azərbaycanda da insanlar rus dilində ədəbiyyat oxumağa maraq göstərir, məqalələr yazır, ölkədə rus dilinin vəziyyəti ilə bağlı araşdırmalar aparırlar: “Bu ilin sentyabrında Həştərxanda təşkil olunmuş Xəzər Media Forumunda Bakıdan olan iştirakçılar Azərbaycanda rus dilinin vəziyyəti ilə bağlı təqdimatlarla çıxış ediblər. Məruzə tədbir iştirakçılarının böyük marağına səbəb olub”.

Professor təhsil sahəsi ilə bağlı məsələlərdə Azərbaycan universitetləri ilə əməkdaşlıq imkanlarından da danışıb. Onun sözlərinə görə, 2021-ci ildə Bakıda HDU-nun Təhsil, Elm və Texnologiya Mərkəzinin açılması hər iki ölkənin təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu göstərir.

Dekan vurğulayıb ki, HDU ilə Azərbaycan universitetlərinin nümayəndələri arasında təhsil sahəsində birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsləhətləşmələr davam edir.

Son xəbərlər

Orphus sistemi