Peşə təhsili alanlar üçün teledərslər keçiriləcək

Elm və təhsil
  • 18 mart, 2020
  • 04:03
Peşə təhsili alanlar üçün teledərslər keçiriləcək
Təhsil Nazirliyi

Təhsil Nazirliyi bu gündən başlayaraq peşə təhsil müəssisələrində təhsilalanlar üçün də teledərslərin çəkilişinə start verir.

"Report"un məlumatına görə, bu barədə nazirliyin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Cəsarət Valehov bildirib.

“Bu gündən peşə təhsil müəssisələrində təhsilalanlar üçün də teledərslərin çəkilişinə başlayırıq. Bayramdan sonra yayıma başlayacağıq”, - deyə o qeyd edib.