Neftçalada yüksək bal toplayan məzunlarla görüş keçirilib

Neftçalada yüksək bal toplayan məzunlarla görüş keçirilib Neftçalada Respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanlarında rayon üzrə yüksək bal toplayan məzunlarla görüş keçirilib.
Elm və təhsil
29 Avqust , 2024 22:15
Neftçalada yüksək bal toplayan məzunlarla görüş keçirilib

Neftçalada Respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanlarında rayon üzrə yüksək bal toplayan məzunlarla görüş keçirilib.

“Report”un Aran bürosunun məlumatına görə, görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin rəhbəri, məktəb direktorları, müəllimlər, imtahanlarda yüksək nəticə göstərən məzunlar və onların valideynləri iştirak ediblər.

Görüşdə ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən, həmçinin tələbə adını qazanan bütün məzunlara uğurlar arzulanıb.

Qeyd edək ki, 2023-2024-cü tədris ilində Neftçala rayon ümumtəhsil məktəblərindən məzun olan 691 nəfər şagirddən 391-i ali məktəblərə qəbul üçün müraciət edib. Qəbul imtahanlarında iştirak edən məzunların 74 faizi, yəni 288 nəfəri tələbə adını qazanıb.Tələbə adını qazanan məzunlardan 12 nəfəri 600-dən yüksək bal toplayaraq ölkənin ali təhsil ocaqlarına qəbul olublar.

Görüşün sonunda yüksən nəticələr göstərən məzunlar, müəllim və valideynlərlə xatirə şəkili çəkilib.

Son xəbərlər

Orphus sistemi