Nazir qəbul imtahanı suallarının çətinliyi ilə bağlı fikirlərə münasibət bildirib

Nazir qəbul imtahanı suallarının çətinliyi ilə bağlı fikirlərə münasibət bildirib Təhsil naziri qəbul imtahanına daxil edilən sualların çətinliyi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.
Elm və təhsil
14 İyun , 2022 15:31
Nazir qəbul imtahanı suallarının çətinliyi ilə bağlı fikirlərə münasibət bildirib

Təhsil naziri qəbul imtahanına daxil edilən sualların çətinliyi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

“Report”un məlumatına görə, nazir Azərbaycanda qəbul prosesinin rəqabətli olduğunu deyib.

“Məsələn, 80 min abituriyent ali məktəbə qəbul üçün sənəd verir, amma onlardan 45 mini ali təhsil almaq hüququ qazanır. Suallar çətin olanda hamı üçün çətin olar. Suallar çətin olanda ballar aşağı düşür, suallar asan olanda ballar da bir o qədər yüksəlir. Təbii ki, bunun heç bir mahiyyəti yoxdur. Çünki 45 min abituriyent yenə də ali təhsil ala bilir. Mənə görə qəbul prosesində sualların çətinliyi ilə bağlı Dövlət İmtahan Mərkəzi hər il elmi statistik təhlilləri yayır. Görərik ki, sualların çətin və ya asan olması nisbidir. Hələ də abituriyentlərin bəziləri açıq tipli sualların cavablandırılmasında çətinlik çəkirlər. Amma yaxşı xəbər odur ki, 2-3 il bundan əvvəl belə suallara cavab vermək istəməsələr də, indi vəziyyət müsbət mənada dəyişir” – E.Əmrullayev bildirib.

Son xəbərlər

Orphus sistemi