Bu gün Azərbaycanda doktorantura proqramları köklü şəkildə dəyişməlidir.
"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında çıxışı zamanı deyib.
Nazir bildirib ki, kredit əsaslı proqramların yaradılması zəruridir.
"Bugünkü doktorantura proqramının ən böyük problemi doktorantura tələbəsinin bu və ya digər halda təlim almamasıdır. Yəni bizim doktorantura proqramı magistratura səviyyəsini bitirmiş və bir mövzu ətrafında dissertasiya işi yazan şəxsdir. İrəliyə getmiş sistemə baxsaq, üç il ərzində tələbə əsaslı şəkildə doktorantura proqramında təhsil alır. Yəni burada alətləri öyrənir, sonra tədqiqatlara başlayır. Azərbaycanda kredit əsaslı doktoranturanın yaradılması üçün çalışırıq", - o vurğulayıb.