Müəllimlərin yeni qərardan sonra əlavələrlə birgə alacağı əməkhaqqı məlum olub

Müəllimlərin yeni qərardan sonra əlavələrlə birgə alacağı əməkhaqqı məlum olub Azərbaycanda müəllimlərin yeni qərardan sonra əlavələrlə birgə alacağı əməkhaqqı məlum olub.
Elm və təhsil
23 Avqust , 2022 11:20
Müəllimlərin yeni qərardan sonra əlavələrlə birgə alacağı əməkhaqqı məlum olub

Azərbaycanda müəllimlərin yeni qərardan sonra əlavələrlə birgə alacağı əməkhaqqı məlum olub.

“Report” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, Hazırda 6 saata yaxın dərs deyən 4 439 müəllim var: "Bu da ümumi müəllimlərin 4 faizini təşkil edir. Onlar 150 manat maaş alırlar. Yeni qərarla həmin müəllimlərin də maaşı artmış olacaq. Bu rəqəm 10 faiz artımla təxminən minimum 165 manat, 35 faizlə isə minimum 203 manat olacaq".

Nazir bildirib ki, 6 saatdan 12 saata qədər 18 530, 12 saatdan 18 saata qədər 31 116, 18 saatdan 24 saatadək 40 209, 24 saatdan 34 382 nəfərdir.

E.Əmrullayev deyib ki, ölkədə bu gün üçün 129 min nəfər pedaqoji heyət var: "Bundan əlavə, 11 mindən çox idarəetmə heyətində olanlar da dərs deyir".

Emin Əmrullayev
Emin Əmrullayev

Son xəbərlər

Orphus sistemi