Milli Məclisin komitə sədrinin müavini ali məktəblərə qəbul qaydalarının dəyişdirilməsini təklif edir

Milli Məclisin komitə sədrinin müavini ali məktəblərə qəbul qaydalarının dəyişdirilməsini təklif edir Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı Azərbaycanda ali məktəblərə qəbul qaydalarının dəyişdirilməsini təklif edib.
Elm və təhsil
10 Noyabr , 2022 16:54
Milli Məclisin komitə sədrinin müavini ali məktəblərə qəbul qaydalarının dəyişdirilməsini təklif edir
Musa Qasımlı

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı Azərbaycanda ali məktəblərə qəbul qaydalarının dəyişdirilməsini təklif edib.

"Report"un məlumatına görə, o, "Azərbaycan universitetləri beynəlxalq reytinq müstəvisində: gerçəklik və hədəflər" mövzusunda keçirilən "dəyirmi masa"da çıxışı zamanı bildirib ki, ali təhsil almaq istəyən hər kəsə bu şərait yaradılmalıdır.

"Universitetlərin qapılarını açaq, kim ali təhsil almaq istəyirsə, gəlsin. Amma qəbul prosesini asanlaşdırıb, təhsil alma prosesini çətinləşdirməliyik. Hazırda isə vəziyyət əksinədir. Biz təhsilimizi bu baxımdan sağlamlaşdırmalıyıq ki, gələcəkdə problemlər olmasın"- M.Qasımlı söyləyib.

O, həmçinin vurğulayıb ki, Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə ön sıralarda olması üçün ölkədə tədqiqat universitetləri yaradılmalıdır: "Elmi tədqiqat sahəsində, təhsildə, dərsliklərdə sosial məsələlərdəki problemlər araşdırılmalıdır. Bunun üçün müəllim və tələbələr birlikdə araşdırmalar aparmalı, universitetlərdə dərslər interaktiv formada keçirilməlidir".

Son xəbərlər

Orphus sistemi