Məktəblilər üçün yeni Atlas nəşr olunub

Məktəblilər üçün yeni Atlas nəşr olunub Orta ümumtəhsil məktəbləri üçün dərs vəsaiti olan Atlasın yeni nəşri Azərbaycan və rus dilində çapdan çıxıb.
Elm və təhsil
317
25 Yanvar , 2022 11:39
Məktəblilər üçün yeni Atlas nəşr olunub

Orta ümumtəhsil məktəbləri üçün dərs vəsaiti olan Atlasın yeni nəşri Azərbaycan və rus dilində çapdan çıxıb.

"Report" xəbər verir ki, 6-11-ci siniflər üçün nəzərdə tutulan dərs vəsaiti Təhsil İnstitutu və AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının qərarı ilə tövsiyə və təsdiq edilib.

Baş redaktoru mərhum akademik Ramiz Məmmədovun olduğu Atlasın xüsusi məzmununun hazırlanması Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov və digərlərinə aiddir.

Dərs vəsaiti coğrafi məkan, təbiət, Cəmiyyət və Azərbaycan Respublikası başlıqları ilə 4 hissədən ibarətdir. Coğrafiya fənni üzrə yeni proqram əsasında hazırlanan atlasa Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü əsasında əlavə olunan xəritələr daxildir.

Son xəbərlər

Orphus sistemi