Kimya üzrə Nobel mükafatının qalibləri elan edilib.
“Report” xəbər verir ki, məlumatı Nobel Komitəsi yayıb.
Bildirilib ki, Karolin Bertossi (ABŞ), Barri Şarpless (ABŞ) və Morten Meldal (Danimarka) molekulların ultrasürətli sintezinin yeni üsulunu kəşf etdiklərinə görə bu mükafata layiq görülüblər.
Qeyd edək ki, Karolin Rut Bertotssi 1966-cı il oktyabrın 10-da ABŞ-ın Boston şəhərində anadan olub. ABŞ-ın Milli Elmlər və Səhiyyə akademiyaları, London Kral Cəmiyyətinin üzvüdür. O, 33 yaşında məşhir Mak-Artur təqaüdünü alıb. 2010-cu ildə “Lemelson-MIT Prize” mükafatını alan ilk xanım alimdir. Bu ixtiraçı Cerom Lelemsonun şərəfinə adlanır. O, ABŞ-ın Massaçutes Texnologiya İnstitutuna 500 min dollar maliyyə vəsaiti ayırıb. Karolin Rut Bertossi Stenford Universitetinin professorudur. Lemelson mükafatı hər il ixtiraçılara verilir.
Barri Şarpless 1941-ci il aprelin 28-də ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində anadan olub. O, 2001-ci ildə Ryodzi və Uilyam Noluzla birlikdə kimya üzrə Nobel mükafatına layiq görülüb.
Morten Meldal 1954-cü il yanvarın 16-da Danimarkada anadan olub. Kopenhagen Universitetinin kimya üzrə professorudur.
Xatırladaq ki, mükafat Alfred Nobelin vəsiyyətinə əsasən altı sahə - kimya, fizika, fiziologiya və tibb, ədəbiyyat, sülh və iqtisadiyyat üzrə verilir.