İlin ikinci Ay tutulması başa çatıb - YENİLƏNİB

Elm və təhsil
  • 28 oktyabr, 2023
  • 23:10
İlin ikinci Ay tutulması başa çatıb - YENİLƏNİB

Bu ilin ikinci Ay tutulması başa çatıb.

"Report" xəbər verir ki, oktyabrın 28-də Bakı vaxtı ilə saat 22:01-də yarımkölgəli tutulma başlayıb.

Saat 23:35-də qismən tutulma olub. Tutulmanın maksimumu oktyabrın 29-u saat 00:14-də baş verib.

Saat 00:52-də qismən tutulma, saat 02:26-da yarımkölgəli tutulma sona çatıb.

2023-10-28 22:01

Bu gün ilin ikinci Ay tutulması başlayıb.

“Report” xəbər verir ki, təbiət hadisəsi qismən Ay tutulmasıdır.

Bakı vaxtı ilə saat 22:01:44-də yarımkölgəli, saat 23:35:18-də qismən tutulma başlayacaq. Tutulmanın maksimumu oktyabrın 29-u saat 00:14:00-da baş verəcək. Saat 00:52:37-də qismən tutulma, saat 02:26:19-da yarımkölgəli tutulma sona çatacaq.

Bu ilin ikinci qismən Ay tutulmasını Avropa, Asiya, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerikanın Şimal-Şərq hissəsi, Sakit okean, Atlantik, Hind okeanları, Arktika və Antarktidada müşahidə etmək mümkün olacaq. Tutulma hadisəsi Azərbaycan ərazisində də müşahidə olunacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti