Masazırda müəllim şagirdə "anormal" dedi və cəzalandırıldı

Masazırda müəllim şagirdə "anormal" dedi və cəzalandırıldı Valideyn qeyd edib ki, sinif rəhbəri uşaqlara normal dərs keçmir
Elm və təhsil
9942
25 Dekabr , 2020 17:08
Masazırda müəllim şagirdə anormal dedi və cəzalandırıldı

Masazırda yerləşən məktəblərdən birinin sinif rəhbərinin onlayn dərs zamanı 3-cü sinif şagirdinə xoşagəlməyən ifadələrlə müraciət etməsi ilə bağlı məsələ sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.

“Report” xəbər verir ki, valideyn müəllimin bu addımını övladını onun yanından hazırlıqdan çıxartması ilə əlaqələndirib.

Valideyn qeyd edib ki, sinif rəhbəri uşaqlara normal dərs keçmir:

“Bunu da ona görə edir ki, valideyn əlavə 50 manat verib uşağını onun yanına hazırlığa göndərsin. Qızım 2 ay hazırlığa getdi, lakin maddi durumun çətin olmasına görə saxladıq. Uşağı hazırlıqdan çıxardığımız üçün müəllim qızımla prinsip aparıb ayrı-seçkilik etməyə başlayıb. Onlayn dərsdə uşağa "anormalsan", "korsan" deyib sinif yoldaşlarının yanında təhqir edib, alçaldıb. Onu da bildirim ki, qızımın gözündə zəiflik var və eynək taxır. Bu səbəbdən uşağımın psixoloji travma almasından ehtiyat edirəm. Mədəni şəkildə müəllimdən bu davranışın səbəbini soruşduqda cavabında xoş olmayan ifadələr alıb. Bütün valideynlər müəllimin belə kobudluğundan şikayətçidir”.

Məsələ ilə bağlı Təhsil Nazirliyi "Report"un sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan məsələ araşdırılıb və həll olunub:

“Daxil olan sorğu ilə əlaqədar əlavə olaraq bildiririk ki, məsələ Abşeron Rayon Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən araşdırılıb və müsbət həllini tapıb. Müəllimin etik davranış qaydalarını pozduğuna görə Masazır kənd 2 nömrəli tam orta məktəbin müəllimi haqqında intizam-tənbeh tədbiri görülüb”.

Son xəbərlər

Orphus sistemi