Gürcüstanın Təhsil Nazirliyi: "Azərbaycandilli məktəblər üçün dərsliklərin keyfiyyəti yaxşılaşdırılacaq"

Gürcüstanın Təhsil Nazirliyi: "Azərbaycandilli məktəblər üçün dərsliklərin keyfiyyəti yaxşılaşdırılacaq" “Gürcüstanın azərbaycandilli məktəbləri və Azərbaycanın gürcüdilli məktəbləri üçün dərsliklərin keyfiyyəti yaxşılaşdırılacaq”.
Elm və təhsil
7 Oktyabr , 2021 13:34
Gürcüstanın Təhsil Nazirliyi: Azərbaycandilli məktəblər üçün dərsliklərin keyfiyyəti yaxşılaşdırılacaq
Kaxa Xandolişvili

“Gürcüstanın azərbaycandilli məktəbləri və Azərbaycanın gürcüdilli məktəbləri üçün dərsliklərin keyfiyyəti yaxşılaşdırılacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Təhsil və Elm Nazirliyinin Strateji planlaşdırma və beynəlxalq əlqələr departamentinin rəisi Kaxa Xandolişvili jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında yalnız Ana dili və Ədəbiyyat fənni üzrə dərsliklərin mübadiləsinə dair razılaşma var: “Tarix, Riyaziyyat, Coğrafiya və digər fənlər üzrə dərsliklərə gəlincə, onların keyfiyyətinin artırılmasına ehtiyac var. Azərbaycan tərəfi ilə bu istiqamətdə birgə iş aparılacaq”.

Nazirlik rəsmisi əlavə edib ki, Azərbaycanın gürcüdilli məktəblərinə Ana dili və Ədəbiyyat dərsliklərinin göndərilməsi prosesi üzərində iş yekunlaşmaq üzrədir: “Artıq azərbaycanlı həmkarlarımızdan təsdiq alınıb və dərs vəsaitləri gələn həftə göndəriləcək”.

Son xəbərlər

Orphus sistemi