Gəncədə “23 Aprel – Ümumdünya kitab və müəlliflik hüququ günü” qeyd olunub

Gəncədə “23 Aprel – Ümumdünya kitab və müəlliflik hüququ günü” qeyd olunub Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə “23 Aprel – Ümumdünya kitab və müəlliflik hüququ günü” münasibətilə tədbir təşkil olunub.
Elm və təhsil
24 Aprel , 2022 12:02
Gəncədə “23 Aprel – Ümumdünya kitab və müəlliflik hüququ günü” qeyd olunub

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə “23 Aprel – Ümumdünya kitab və müəlliflik hüququ günü” münasibətilə tədbir təşkil olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Xan bağında baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, Gəncə Şəhər Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev, şəhər ictimaiyyətinin nümayəndələri, məktəblilər, yeniyetmə və gənclər iştirak ediblər.

Qeyd olunub ki, “23 Aprel – Ümumdünya kitab və müəlliflik hüququ günü” YUNESKO-nun 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında təsis edilib. Məqsəd kitab və kitab mütaliəsinin önəminə diqqət çəkmək, kitablara və müəlliflərə dünya miqyasında ehtiram göstərmək və s. məqsədlər daşıyır.

“23 Aprel – Ümumdünya kitab və müəlliflik hüququ günü” ilə əlaqədar olaraq Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən də mütəmadi olaraq silsilə tədbirlər keçirilir. Belə ki, IX-XI sinif şagirdlərinin iştirakı ilə "Nə? Harada? Nə zaman?" intellektual yarışı, V-VIII sinif şagirdlərinin iştirakı ilə "Gəlin birgə oxuyaq" müsabiqəsi təşkil edilib. Bununla yanaşı, ümumtəhsil məktəblərinin şagirdlərinin Nizami Gəncəvi məqbərəsinə, M.C.Paşayevin ev muzeyinə, Mərkəzi və Uşaq Kitabxanasına ekskursiyaları təşkil edilib.

Tədbirin davamında Gəncə şəhərinin ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri tərəfindən özündə müxtəlif nağıl qəhrəmanları, şair və yazıçılar haqqında təqdimatları ehtiva edən ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

Tədbirin sonunda “23 Aprel – Ümumdünya kitab və müəlliflik hüququ günü” ilə bağlı keçirilən müsabiqələrdə yer tutmuş, həmçinin "Düşünən oxucu" müsabiqəsinin şəhər mərhələsində fərqlənən şagirdlər təltif ediliblər.

Son xəbərlər

Orphus sistemi