Füzulidə 30 ildən sonra ilk tədris ilinin zəngi çalınıb, nazir mərasimdə iştirak edib - YENİLƏNİB

Füzulidə 30 ildən sonra ilk tədris ilinin zəngi çalınıb, nazir mərasimdə iştirak edib - YENİLƏNİB Füzulidə 30 ildən sonra ilk tədris ilinin zəngi çalınıb.
Elm və təhsil
15 Sentyabr , 2023 11:52
Füzulidə 30 ildən sonra ilk tədris ilinin zəngi çalınıb, nazir mərasimdə iştirak edib - YENİLƏNİB

Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə yeni tədris ilinə start verilib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, mərasimə elm və təhsil naziri Emin Əmrullayev də qatılıb.

Bundan başqa, işğaldan azad edilən Füzuli şəhərində ilk tədris ilinin açılışında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, elm və təhsil nazirinin müşaviri Tural Ayvazlı, Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov, nazirliyinin digər əməkdaşları, Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, müəllimlər, ictimaiyyət nümayəndələri, media qurumlarının rəhbərləri iştirak ediblər.

10:42

Füzulidə 30 ildən sonra ilk tədris ilinin zəngi çalınıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə yeni tədris ilinə start verilib.

Qeyd edək ki, Mirzə Uluqbəy adına Füzuli şəhər 1 saylı tam orta məktəbi, 960 şagird yerlikdir. Məktəb Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq inşa edilib. Yeni dərs ilində məktəbdə 160 şagirddən ibarət 11 sinif təşkil edilib və 15 müəllim burada tədris aparacaq.

İkimərtəbəli məktəb binasında 24 nəfərlik 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana və kitabxana mövcuddur.

Məktəb üçün ayrılan 3 hektar ərazi futbol meydançası, 8 söhbətgah, uşaqlar üçün oyun meydançası, elektrik şəbəkəsi binası, fərdi qazanxana, su hovuzu və digər zəruri yardımçı binalardan ibarətdir.

Son xəbərlər

Orphus sistemi