Bu günə qədər keçirilən dörd "Yüksəliş" müsabiqəsində 53 mindən çox şəxs qeydiyyatdan keçib.
"Report" xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqə üzrə İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev müsabiqənin builki final mərhələsinin açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, bu il təkrar qoşulan iştirakçılardan 15 nəfər artıq dördüncü dəfədir finala yüksəlib: "Dörd müsabiqə üzrə 30 faizə yaxın qadın iştirakçı olub və təəssüf ki, qadınların iştirak nisbəti aşağıdır. Bu göstəricinin artması istiqamətində işlər görürük".
"Dörd müsabiqə üzrə namizədlər arasında 398 nəfər final mərhələsinə yüksəlib. Finalçılar arasında qadınların nisbəti 15.58 faiz təşkil edib. Dörd müsabiqə üzrə finalçıların 50 faizi dövlət qurumlarında çalışanlar olub. Bu günə qədər 71 nəfər müsabiqədə qalib gəlib. Onlardan 18.31 faizi məhz qadındır. Qaliblərin də 60 faizdən çoxu dövlət qurumlarında çalışıb", - F.Hacıyev əlavə edib.