Emin Əmrullayev: "Ümid edirik, tədrisi arasıkəsilmədən başa çatdıracağıq"

Emin Əmrullayev: "Ümid edirik, tədrisi arasıkəsilmədən başa çatdıracağıq" "Uzun müddətdən sonra ənənəvi tədrisə başlayırıq. Tədris ilinə tam hazırıq".
Elm və təhsil
12 Sentyabr , 2021 21:46
Emin Əmrullayev: Ümid edirik, tədrisi arasıkəsilmədən başa çatdıracağıq
Emin Əmrullayev

"Uzun müddətdən sonra ənənəvi tədrisə başlayırıq. Tədris ilinə tam hazırıq".

"Report" xəbər verir ki, bunları təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib.

"Bu şəraitdə başlamaq kifayət qədər məsuliyyətdir. Ümid edirik ki, tədrisi arasıkəsilmədən başa çatdıracağıq", - nazir bildirib.

Nazir xatırladıb ki, yeni tədris ilinin şərtləndirən əsas amillərdən biri tədris işçilərinin vaksinasiya məsələsi idi: "Artıq təhsil işçilərinin 80 faizi peyvənd olunub. Az sayda vaksin vurdurmayan təhsil işçiləri var və inanıram ki, məktəblərin açılmasına qədər vaksin olunacaqlar.

Peyvəndləmə başlanan ilk vaxtlarda nəinki müəllimlər, eləcə də bir çox vətəndaşlar ehtiyat edib qorxurdu. Lakin zamanla hər kəs başa düşdü ki, pandemiyadan qurtulmağın yeganə yolu peyvənd olunmaqdır. İctimai yerdə çalışmaq o deməkdir ki, sağlamlığımıza önəm verməliyik.

Şagirdlərə məktəbdə dərs demək müəllimlərin işidir. Peyvənd olunmayıb prosesi ləngitmək doğru deyil. Odur ki, heç bir əks-göstərişi olmayan hər kəs peyvənd olunmalıdır".

Son xəbərlər

Orphus sistemi