Doktoranturaya qəbul üzrə son imtahanlar, dissertanturaya isə müsahibə keçirilib

Doktoranturaya qəbul üzrə son imtahanlar, dissertanturaya isə müsahibə keçirilib 9, 10 və 11 sentyabrda Təhsil İnstitutunda fəlsəfə doktoru proqramı üzrə 2024-cü il doktoranturaya qəbul imtahanlarının sonuncu mərhələsi olan ixtisas fənnindən imtahanlar keçirilib.
Elm və təhsil
11 Sentyabr , 2024 19:10
Doktoranturaya qəbul üzrə son imtahanlar, dissertanturaya isə müsahibə keçirilib

9, 10 və 11 sentyabrda Təhsil İnstitutunda fəlsəfə doktoru proqramı üzrə 2024-cü il doktoranturaya qəbulun sonuncu mərhələsi olan ixtisas fənnindən imtahanlar keçirilib.

Bu barədə "Report"a İnstitutdan məlumat verilib.

Bildirilib ki, xarici dil və fəlsəfə fənlərindən imtahanlarda yüksək qiymətlər alaraq ixtisas imtahanı mərhələsinə 18 nəfər iddiaçı iştirak hüququ qazanıb.

İmtahanlar Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası, Təhsilin təşkili və planlaşdırılması, Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi, Korreksiya pedaqogikası, Pedaqoji psixologiya ixtisasları üzrə 8 komissiyada keçirilib.

Həmçinin 11 sentyabrda elmlər doktoru proqramı üzrə dissertanturaya müsahibə keçirilib və müsahibə komissiyasının qərarına əsasən 1 nəfər iddiaçı elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul olunub.

Son xəbərlər

Orphus sistemi