DİM sədri: "II qrupda seçimini öz nəticələrinə uyğun aparanlar istədiyi ali məktəbə qəbul ola bilər"

DİM sədri: "II qrupda seçimini öz nəticələrinə uyğun aparanlar istədiyi ali məktəbə qəbul ola bilər" "II qrupda müsabiqə vəziyyəti elə də yüksək deyil. Hər bir şəxs seçimini öz nəticələrinə uyğun olaraq düzgün aparsa, istədiyi ali məktəbə qəbul ola bilər.
Elm və təhsil
11 Avqust , 2023 11:39
DİM sədri: II qrupda seçimini öz nəticələrinə uyğun aparanlar istədiyi ali məktəbə qəbul ola bilər

"II qrupda müsabiqə vəziyyəti elə də yüksək deyil. Hər bir şəxs seçimini öz nəticələrinə uyğun olaraq düzgün aparsa, istədiyi ali məktəbə qəbul ola bilər.

Bu qrupda plan yerləri müsabiqəyə buraxılan şəxslərdən daha çoxdur".

"Report"un xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

"Bizim əsas müsabiqə vəziyyətimiz elə dövlət sifarişli yerlərdədir. II qrupda həmin müsabiqə şərtinə uyğun nəticə göstərən hər bir şəxs ali məktəbə qəbul oluna bilər. Çünki ümumi plan yerləri və müsabiqəyə buraxılan şəxslərin sayını müqayisə edəndə görürük ki, plan yerləri daha çoxdur. Amma bu o demək deyil ki, həmin yerlər boş qalacaq. Diqqətinizə çatdırım ki, plan yerlərini ikinci dəfə biz elan edəndə subbakalavrlar bu müsabiqəyə qoşulacaq. Bütün bu yerlər subbakalavrlar tərəfindən dolacaq", - DİM sədri bildirib.

Son xəbərlər

Orphus sistemi