Bu il I siniflərə qəbulla bağlı bir sıra yeniliklərin tətbiqi nəzərdə tutulub.
"Report" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib.
O həmin yeniliklərin aşağıdakılardan ibarət olduğunu açıqlayıb:
"Bu il valideynlər ölkə üzrə prioritet (üstünlük hüququ) tətbiq olunan bütün ümumi təhsil müəssisələri, prioritetin tətbiq olunacağı tarix və saat haqqında proses başlamadan öncə məlumat əldə edə biləcəklər. Valideynlər (qanuni nümayəndə) bu
Eyni zamanda bildiririk ki, 1 may tarixindən valideynlər
Bundan başqa, Bakı Avropa liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müsabiqəsində iştirak etmək üçün övladlarını qeydiyyatdan keçirən valideynlər, eyni zamanda, üstünlük hüququ əsasında, yaxud sərbəst formada digər ümumi təhsil müəssisəsini seçib sorğu yerləşdirə bilər. Müsabiqədə uğur qazandığı halda, valideynin digər ümumi təhsil müəssisəsində olan sorğusu avtomatik olaraq silinəcək".