Bu gün saat 12:00-da məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır.
"Report" xəbər verir ki, şagird qəbulu
Məktəbəhazırlıq qruplarına onlayn qeydiyyatı ölkə üzrə dövlət ümumi təhsil məktəblərini, o cümlədən məcburi köçkün məktəblərini və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edir.
Ümumi təhsil məktəblərində ərizələrin onlayn qeydiyyatı avqustun 26-dan sentyabrın 25-dək həyata keçiriləcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti sentyabrın 2-dən 27-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) davam edəcək.
Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin əhatə dairəsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.
Qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən onlayn (
Bakı Şəhəri üzrə Təhsil İdarəsi valideynlərə tövsiyə edir ki, onlayn qeydiyyat prosesinin təxminən 1 ay davam etdiyini nəzərə alaraq tələsməsinlər: "Bu il bütün 5 yaşlıların 90 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması üçün dövlət tərəfindən imkan yaradılıb".